Arif Hacılı Sərdar Cəlaloğlunu qərəzli olmaqda və qeyri-səmimilikdə suçladı

img

01-10-2009 [01:46]


?Qarabağ və Respublika Uğrunda Hərəkatdakı əsas partiyalardan biri Müsavatdır. Müsavatın hərəkatda olmaması, təbii ki, bu qurumun mahiyyətini dəyişmiş olardı. Hərəkatın bu günə kimi ortaya qoyduğu iş 2009-cu ildə keçirilən referendumla əlaqədar fəaliyyətdir. O zaman da Müsavat Partiyası ?Respublikaçılar? Təşviqat Qrupunu yaratmaqla böyük bir işin öhdəsindən gəlməyə nail oldu. İndi də bələdiyyə seçkilərinə hazırlaşırıq. Düşünürəm ki, hərəkata daxil olan partiyalardan seçkidə uğur qazanmaq imkanlarına malik olanlardan biri Müsavatdır. Ona görə də Müsavatla Ümid Partiyasını eyniləşdirmək düzgün deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatnın rəhbəri Arif Hacılı Sərdar Cəlaloğlunun ?Müsavat ya özü hərəkatdan getmək istəyir, ya da Ümid Partiyasının hərəkatdan kənarlaşdırılmasına çalışır?,- fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Sərdar Cəlaloğlunun Ümid Partiyası ilə Müsavatı eyniləşdirməsi və zərurət yaranarsa, bu partiyaların hansı üzərində seçim etmək barədə fikirləri qərəzli və qeyri-səmimidir: ?Sərdar Cəlaloğlu Müsavatın hansı gücə, Demokrat Partiyasının hansı gücə malik olduğunu yaxşı bilir. Müsavatla Ümid arasında hər hansı problem yoxdur. Sadəcə olaraq, biz, Ümid Partiyasının komissiyalardakı nümayəndələrinin geri çağırılmasını istəyirik. Əgər bu təkliflə razı olmasalar, onda Ümid Partiyasının real müxalifət olmasına şübhə yaranır. Yəni məsələni sadələşdirməyə ehtiyac yoxur. Sərdar Cəlaloğlu da məsələnin mahiyyətindən xəbərdardır?. A.Hacılı onu da vurğulayıb ki, əgər Ümid Partiyası mövqeyindən geri çəkilməsə, Müsavat, o cümlədən hərəkatdakı real siyasi qüvvələrlə Ümidin müttəfiqliyi mümkün olmayacaq. Onun fikrincə, hərəkata daxil olan real, ciddi qüvvələr bu məqamda Müsavat Partiyası ilə eyni mövqedə olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA