Azərbaycan və Ermənistan prezidentləri 8-9 oktyabrda görüzəcəklər

img

30-09-2009 [03:46]


Azərbaycan və Ermənistan prezidentləri 8-9 oktyabrda görüşəcəklər. Bu barədə keçirdiyi mətbuat kofnransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Əhməd Davudoğlu Türkiyə-Ermənistan məsələlərinə də toxunub: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədar önümüzdəki ay ərzində, həftələrdə Türkiyə ilə Ermənistan arasında müzakirələr aparılan protokolları imzalayacağıq. Daha sonra bu məsələdə Qafqazda cərəyan edən hadisələri izləyəcəyik, 8-9 oktyabrda İlham Əliyevlə Serj Sarkisyan görüşəcəklər. Bütün bunlarla həm Ermənistan-Türkiyə münasibətləri, həm də Qarabağ prosesi ilə əlaqədar olaraq Qafqazda daimi və sabit sülhü təmin etməyə çalışacağıq", deyə nazir bildirib. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin nöbtəi görüşü təşkil etmək üçün oktyabrın 1-də regiona səfər edəcəklər. Prezidentlərin Kişinyovda MDB-nin sammiti çərçivəsində görüşəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA