Vaqif Sadıqov: ??Neftçi?ni çempion edəcəm?

img

30-09-2009 [02:27]


Futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi Vaqif Sadıqov ?Neftçi? klubuna baş məşqçi təyin olunub. Milli komandanın Lixtenşteyn və Rusiya ilə vacib oyunları ərəfəsində bu xəbər bir qədər gözlənilməz oldu. ANS PRESS Azərbaycanın əməkdar futbol məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayaraq ondan bu məsələ ilə bağlı müsahibə götürüb. [b]- Vaqif müəllim, ?Neftçi?nin baş məşqçisi postuna təyin olunmağınızı gözləyirdinizmi?[/b] - Açığını deyim ki, yox. Bu xəbər hamı kimi mənim üçün də, sürpriz oldu. Hələ Azərbaycanın futbol üzrə yığma komandasının məşqçisiyəm. Bütün diqqətimi yığmaya yönəltdiyimdən belə bir təklifi gözləmirdim. [b]- Həm yığma komandanın məşqçisi, həm də ?Neftçi?yə rəhbərlik etmək sizin üçün çətin olmayacaq ki?[/b] -Mənim vəzifəm ilk növbədə ?Neftçi?ni düşdüyü çətin vəziyyətdən çıxarmaq olacaq. Bütün qüvvə və bacarığımı buna sərf edəcəm. Yığma komandaya gəldikdə isə ona sonra baxarıq. Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts bu günlərdə mənimlə əlaqə yaradaraq Rusiya-Almaniya matçını izləmək üçün Moskaya getməyimi xahiş etdi. Rusiya paytaxtına yollanaraq Rusiyanın-Almaniya qarşılaşmasını izləyəcəm. Səfərdən qayıtdıqdan sonra AFFA rəhbərliyi ilə görüşərək yığma komandada qalıb-qalmamağımla bağlı məsələyə aydınlıq gətirəcəm. [b]- ?Neftçi?ni yenidən Azərbaycan futbolunun flaqmanı etmək üçün özünüzdə lazımi qüvvəni hiss edirsinizmi?[/b] - Mən çalışacağam ki, ?Neftçi?nin əvvəlki simasını qaytarım. Bütün təcrübəmdən istifadə edəcəm ki, ?Neftçi? yenidən Azərbaycan futbolunun liderinə çevrilsin. Mən necə bir işin altına girdiyimi dərk edirəm. Bunu dərk etdiyim üçün mənə təklif olunan posta keçməyə razılıq verdim. [b]- Son zamanlar ?Neftçi?nin baş məşqçisi postuna çoxlu futbol mütəxəssisləri təyin olunub. Bu amilin futbolçuların psixologiyasına mənfi təsir edəcəyini düşünmürsünüz?[/b] - Bunu yəqin ki, zaman göstərəcək. Əsas odur ki, futbolçular məşqçiyə, məşqçi də öz növbəsində rəhbərlik etdiyi oyunçulara güvənsin. Belə ab-hava olan mühitdə işin səviyyəsi də, qənaətbəxş olur. Mən ?Neftçi? klubunun rəhbərliyinə inanıram, onlar da mənə etimad göstəriblər. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. [b]- Klub rəhbərliyi bu mövsüm üçün qarşınıza hansı məqsədi qoyub?[/b] - ?Neftçi? elə bir klubdur ki, hər çempionatda birinciliyə oynayır. Klubun maddi-texniki bazası, futbolçulara yaradılan şərait yüksək səviyyədə olduğu üçün bu təbiidir. Bu mövsüm ?Neftçi?ni çempion etməyə çalışacağam. [b]- Klubda hər-hansı futbolçunu uzaqlaşdırmağı düşünürsünüzmü?[/b] - Bunun üçün ilk növbədə gərək futbolçuları yaşıl meydanda əməli işdə görüm. Onların oyununu izlədikdən sonar yekun qərar verəcəm. Hələ ki, hansısa futbolçunu ?Neftçi?dən uzaqlaşdırmaq haqqında danışmaq tezdir. [b]- Azarkeşlər ?Neftçi?yə yeni transferlər gözləsinlər?[/b] - Klub oyunçularının nəyə qadir olduğunu müəyyənləşdirdikdən sonra transfer məsələsinə baxılacaq. Çox güman ki, qış transfer pəncərəsi dövründə kluba yeni futbolçular cəlb olunacaq. [b]Azad ƏLİYEV[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA