Milli Məclisin payız sessiyası bazlayır

img

30-09-2009 [11:29]


Bu gün Milli Məclisin payız sessiyası başlayır. Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxil edilib. Bugünkü iclasda payız sessiyasının qanunvericilik işləri planını, Azərbaycanın Serbiya, Oman, Liviya, Livan və Estoniyada səfirliklərinin yaradılması, Azərbaycan və Rusiya prezidentlərinin Xəzər dənizi üzrə birgə bəyanatının, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyasının başa çatdırılmasının və Samur çayının su ehtiyatlarının bölüşdürülməsinin əsas prinsipləri haqqında birgə bəyanatın təsdiqi məsələlərini müzakirə ediləcək. Bundan əlavə gündəliyə ?2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının Tədbirlər Planı?, ?Azərbaycanla Gürcüstan arasında hava əlaqəsi haqqında? sazişə dəyişikliklər edilməsi haqqında? protokol, Azərbaycanla Latviya prezidentlərinin birgə bəyannaməsinin təsdiq edilməsinə dair sənədlər, ?Azərbaycanla Suriya arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında?, ?Azərbaycanla Suriya arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında?, ?Azərbaycanla Suriya arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad olunması haqqında? sazişlər, habelə ?Azərbaycanla Polşa prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi?nin təsdiq edilməsinə dair qanun layihələri də salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA