?Qarabağ və Respublika Uğrunda Hərəkat yarandığı gündən dağılmağa məhkum idi?

img

29-09-2009 [05:21]


?Həmişə demişəm ki, müxalifət partiyalarının birlikləri müvəqqəti və dekorativ xarakter daşıyır. Müxalifətin heç bir zaman ciddi xarakter daşıyan birliyi olmayıb-olmayacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Qarabağ və Respublika Uğrunda Hərəkat daxilindəki fikir ayrılıqlarına münasibət bildirərkən deyib. Millət vəkili onu da vurğulayıb ki, bu günə kimi müxalifətin müxtəlif birlikləri yaranıb, ancaq sonda parçalanıblar və heç nəyə nail olmayıblar: ?Yəni müxalifətin birlikləri qumdan düzəldilən evlərə bənzəyib. Kiçicik bir müdaxilə onların dağılmasına səbəb olur. Qarabağ və Respublika Uğrunda Hərəkat da eynən bu taleyi yaşayır. Mən hələ bu qurum yaradılanda demişdim ki, bu birlik müvəqqəti bir şeydir. Qarabağ və Respublika Uğrunda Hərəkat yarandığı gündən dağılmağa məhkum idi. Mən burada öncə görmədən tamamiylə uzaq bir insan kimi bu proqnozu vermişdim. Sadəcə, prosesləri analiz etmək belə bir qənaətə gəlməyə əsas verir. Çünki yaradılan bu birliklərin əsasında hər hansı bir konsepsiya yoxdur. Sadəcə, hər seçki ərəfəsində bir yerə yığışıb nə olur-olsun əsaslı-əsassız hakimiyyətə qarşı çıxırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA