?Türkiyə hökuməti Ermənistanla sorunlarını Qarabağ münaqizəsindən kənarda həll edə bilməz?

img

29-09-2009 [02:57]


Ərdoğanın sərhəd açılımı ilə bağlı planının dəstəkləyən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı yenə bu fikirdədir ki, Ərdoğan hökumətinə etibar etməkdən başqa çıxış yolumuz yoxdur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İslamçı demokratlar Ərdoğanın planını dəstəkləməyir, çünki onun ölkə daxili və xarici siyasətdə başını yuxarı tutaraq müstəqil, qətiyyətli və cəsarətli addımlar atır: ?Türkiyənin indiki hakimiyyətindən əvvəlki liderlər az qala bu dövlətin İslam dünyasının bir parçası olduğunu unutdurmuşdular. Türk və bütövlükdə İslam dünyasında özünəməxsus düşuncəsi, təfəkkürü ilə öndə olan və bu üstünlükləri ilə az qala dünyanı fəth edən türklər kənar düşüncəyə möhtac olmuşdu. Biz hesab edirik ki, Türkiyənin fikir möhtaclığından çıxmasında əvəzsiz xidmət gostərən Ərdoğan hökumuətini indi tək Türkiyənin deyil region dövlətlərin taley idə düşündürür?. AİDP sədri hesab edir ki, sərhəd açılımı ilə bağlı Türkiyənin planı məhz gələcək nəsillərə problem saxlamaq amacı güdür. Onun fikrincə, ?Türkiyə Ermənistanla münasibət qurmaq planını önə çəkməklə Azərbaycanı arxa plana atıb? deyənlər yanılırlar. T.Abbaslı qeyd edir ki, əksinə Ərdoğan hökuməti bu problemlərin bir çərçivə içərisində həllinə çalışır: ?Onu da nəzərinizə çatdırım ki, Türkiyə hökuməti həm də buna məhkumdur. Onlar Ermənistanla olan sorunlarını Qarabağ münaqişəsindən kənar tam şəkildə həll edə bilməzlər. Ərdoğan hökuməti bunu yaxşı bilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA