Qabil Hüseynli: ?ABŞ yaxın vaxtlarda irana yeni sanksiya tətbiq edə bilər?

img

28-09-2009 [06:23]


?Bu yaxınlarda ABŞ İrana yeni sanksiya tətbiq edə bilər. Bu mövzuda həm BMT-yə üzv olan ölkələri, həm də Amerikanın NATO-dakı müttəfiqləri arasında məsləhətləşmələr aparılır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Qabil Hüseynli ABŞ-İran münasibətlərinə toxunarkən deyib. Onun qənaətinə görə, bu məsləhətləşmələrdən sonra İrana qarşı yeni sanksiyalar siyasi BMT-yə təqdim ediləcək: ?Mətbuatda yazılanlara inansaq, bunun əsas səbəbi İranda Qum yaxınlığında ikinci nüvə tədqiqatları obyektinin aşkarlanması ilə bağlıdır. Nəzərinizə çatdırım ki, səbəb bununla yekunlaşmır. Belə görünür ki, Amerikanın bir çox siyasi dairələrində açıq qənaətə gəlinib ki, İranla danışıqlar yolu ilə hər hansı bir razılaşmaya gəlmək mümkün olmayacaq. Bu səbəbdən də ABŞ prezidenti Barak Obama əvvəlki mövqeyindən daşınıb. Üstəlik, İran prezidenti Əhmədinejadın BMT Baş Assambleyasının 64-cü sessiyasında qeyri-konstruktiv çıxışı və geri qayıdarkən dərhal ölkəsində yeni tipli raketlərin müxtəlif növlərinin sınağına başladı. Söhbət həm yaxın və orta, həm də uzaq mənzilli nüvə başlığı daşıya biləcək raketlərin sınağından gedir. Bütün bunlar dünyanın qəzəbinə gəlib. Bu nöqteyi-nəzərdən də İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi başadüşüləndir?. Q.Hüseynli onu da bildirib ki, İranın dinc atom elektrik stansiyası tikməsi ABŞ-ı narahat etməməlidir: ?Lakin aparılan araşdırmalara görə, İran bundan hərbi məqsədlə istifadə etməyə çalışır. Bu isə nüvə silahının yayılmaması barədə 70-ci illərdə imzalanmış müqavilənin ruhuna ziddir. Ona görə də ABŞ İranın nüvə silahına malik olmaq istəyinə qarşı mübarizə aparır. Əgər İran öz rejimini başqa ölkələrə ixrac etmək siyasi xəttini elan etməsəydi və xaricdə bəzi terror xarakterli təşkilatlara maliyyə və silah yardımı göstərməsəydi proseslər bu səviyyəyə gəlib çatmazdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA