?Mütəllibovun ölkəyə gəlməsinə imkan verməsələr, milli barızıq olmayacaq?

img

28-09-2009 [02:06]


Sabiq prezidentlərin status məsələsi gündəmə gələndən bəri hakimiyyət nümayəndələri bunun eks-prezident Ayaz Mütəllibova şamil olunmayacağı ilə bağlı fikirlər səsləndirirlər. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də ?Mediaforum?a analoji açıqlama verib: ?Eks-prezidentlərdən biri axtarışdadır, ona cinayət işi qaldırılıb. Bu məsələ həll olunmayana qədər həmin şəxs eks-prezident statusu ala bilməyəcək. Ayaz Mütəllibovun üzərindən ittiham götürülməsə, status ona şamil edilməyəcək?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizəda isə S.Mirzəyevlə razılaşmadığını bildirib: ?Səfa Mirzəyev özü bilmir ki, Ayaz Mütəllibova qarşı axtarış elan edilmiş qərar səhvdir? Bu qərar vaxtiylə özünə cinayət işi açlmış keçmiş baş prokuror İxtiyar Şirinov tərəfindən qəbul olunub. Ayaz Mütəllibov isə devrilmiş prezidentdir, ona qarşı hansı cinayət işi ola bilər? Əgər bunlar Mütəllibovun ölkəyə gəlməsinə imkan verməsələr, Azərbaycanda milli barışıq olmayacaq. Əgər bunu istəyirlərsə, təbii ki, Mütəllibovun ölkəyə qayıtmasına imkan verməyəcəklər?. Bundan sonra məsələylə bağlı ölkə başçısına yenidən müraciət edib-etməyəcəklərinə gəlincə, A.Əlizadə bu barədə düşünəcəklərini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA