?Müxalifət düzərgəsindəki canlanma iqtidarın ehtiyacını ödəmək məqsədi dazıyır?

img

28-09-2009 [01:40]


Əvvəlki illərdə olduğu kimi indi də seçkilər yaxınlaşdıqca siyasi düşərgədə, xüsusilə də müxalifət daxilində bir canlanma yaranıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı isə hesab edir ki, bu vəziyyət müxalfətin idealogiyasızlığı, sistemsizliyi, həmçinin islahat apara bilməmələri ilə bağlıdır: ?Eyni zamanda bu düşərgədə, xüsusilə də özünü aparcı qüvvə hesab edən təşkilatların liderlərinin qarşılıqlı güzəşt imkanlarının olmaması ilə izah etmək mümkündür. Bundan əlavə indiyə kimi müxalifət düşərgəsində böyüklük, ağsaqqallıq məvhumları hələ də özünü göstərə bilməyib. Cəmiyyət hələ də bu düşərgənin ölkə daxilində ağsaqqalının kim olduğunu bilmir. İndiyə kimi apardıqları siyasətdə ədalət, qayğı kimi məqamlar da özünü göstərməyib. Fərdi və qrup maraqları ictimai maraqlardan öndə olub. Onları həvayi-nəfs idarə edib?. T.Abbaslının fikrincə, müxalifət düşərgəsindəki durğunluğun bir səbəbi iqtidarın təsiri mütləq olub. Onun sözlərinə görə, müxalifət də bu təsir dairəsində hərəkət etdiyindən, bir sözlə iqtidarın havasına oynadığından lazımi məqamlarda öz sözünü deyə bilməyib: ?Hesab edirəm ki, indiki ?canlanmada?da iqtidarın barmağı var. Təbii ki, bələdiyyə və parlament seçkiləri öncəsi iqtidarın cəmiyyətin bu təbəqəsinə ehtiyacı yaranır. Bu yolla göstərmək isətyir ki, cəmiyyətdə fəallıq var, seçki prosesi aktiv keçəcək. Məncə müxalifət düşərgəsində baş verənlər iqtidarın adını çəkdiyimiz ehtiyacını qarşılamaq məqsədi güdür. Bu da təbii ki, müxalifətə olan inamsızlığı daha da artırır. Hesab edirəm ki, indiki reallıqda cəmiyyətin aparıcı qüvvələrində, həmçinin müxalifətdə çatışmayan cəhətlərdən biri də məsuliyyəti çiyinə götürməmək, eyni zamanda qətiyyətli olmamaq və qeyri-səmimilikdir. Müxalifətin elə bu vəziyyətdə qalması və qocalması iqtidara sərf edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA