Həmsədrlər Azərbaycan və Ermənistana səfər edəcəklər

img

28-09-2009 [12:09]


ATƏT-in Minsk qrupunun həmsədrləri 18 iyul Moskva görüşündə əldə edilən razılaşmaya əsasən prezidentlər İlham Əliyev və Serj Sarkisyanın MDB ölkələrinin sammiti çərçivəsində Kişinyovda keçiriləcək görüşünə hazırlıqlar aparmaq məqsədilə Azərbaycan və Ermənistana səfər edəcəklər. Məlumatı ATƏT-in rəsmi internet saytı yayıb. Səfərdən əvvəl isə həmsədrlər Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı danışıqların getdiyi bir mərhələdə verdikləri ictimai bəyanatlarda daha da konstruktiv mövqe nümayiş etdirməyə çağırıb. Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda BMT Baş Assableyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin göruşü keçirilmişdi. Nazirlər və həmsədrlər danışıqlar prosesinin "baza prinsipləri" əsasında davam etməyə hazır olduqlarını təsdiq ediblər və Minsk qrupu həmsədrlərinin regiona səfərinin oktyabr ayında baş tutmasını muzakirə edəcəklərini bildiriblər. Bundan başqa, sentyabrın 24-də Vaşinqtonda Minsk qrupunun hər üç üzvü Robert Bradke, Bernar Fasye və Yuri Mezlyakovun ATƏT-in region üzrə xüsusi numayəndəsi Anjey Kasprşik, Avropa məsələləri üzrə milli təhlükəsizlik şurasınını direktoru Elizabet Şervud-Rendell və ABŞ dövlət katibinin muavininin Avropa və Avrasiya məsələlər üzrə köməkçisi Tino Kaydenau ilə görüşü baş tutmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA