Fərid Mansurov ikiqat Dünya çempionu oldu

img

28-09-2009 [11:24]


Danimarkanın Herninq şəhərində güləş üzrə Dünya çempionatı davam edir. Dünən gecə saatlarında daha iki Yunan-Roma güləşçimiz mübarizəyə qoşulmuşdu. Afina Olimpiadasının qalibi Fərid Mansurov yarışda uğurlu çıxışı ilə yadda qalıb. 66 kq çəki dərəcəsində çıxış edən Fərid Mansurov ilk mərhələdə ispan İsmael Navarro-Sançesi və yapon Sutomu Fucimurunu məğlub edib. 1/8 final mərhələsində isə həmvətənimiz erməni Sasun Qambaryana qalib gəlib. ¼ finalda İran təmsilçisi Afşin Byabanqardanı da məğlub edən Fərid Mansurov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Kuba təmsilçisi Pedro İsaak Mulenaya qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb. Qızıl medal uğrunda qarşılaşmada Fərid Mansurov gürcü güləşçisi Manuçar Tsaxadayaya da qalib gəlib. Beləliklə Fərid Mansurov ikiqat Dünya çempionu tituluna sahib çıxıb. 74 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov Dünya çempionatında çıxışını 5-ci yerdə başa vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA