Məmmədyarov Hillari Klintonla Dağlıq Qarabağ münaqizəsini müzakirə edib

img

26-09-2009 [01:09]


Nyu-Yorka səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. Bu barədə məlumat Müstəqil İnformasiya Ajgentliyinə XİN-in mətbuat xidmətindən daxıil olub. Məlumata görə, mehriban və konstruktiv şəraitdə keçən görüşdə Azərbaycan-ABŞ əməkdaşlığının bütün istiqamətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlər ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə edib. Görüşdə əsas etibarilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunmuşdur. Dövlət katibi H.Klinton azərbaycanlı həmkarı ilə cari ilin may ayında Vaşinqtonda keçirdiyi görüşündə olduğu kimi bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun yolverilməz olduğunu və ABŞ-ın yeni administrasiyasının bu münaqişəsinin tezliklə nizamlanması ilə bağlı öhdəliyini təsdiq edib. Öz tərəfindən, ABŞ administrasiyasının məsələyə göstərdiyi diqqətə görə təşəkkür edən nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində nizamlanması şəraitində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin mümkünlüyünü bildirib. Görüşdə ABŞ-Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilmiş, regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılmış və Azərbaycanın dünya bazarlarına enerjidaşıyıcıların təchizatındakı əhəmiyyətli rola malik olması vurğulanıb. Görüşdə habelə, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi, regional məsələlər, demokratiya və insan hüquqları və digər birgə maraq kəsb edən mövzular müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA