Elmar Məmmədyarov BMT Baz Assambleyasında çıxız edib

img

26-09-2009 [01:02]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi dinləmələrdə çıxış edib. O bildirib ki, beynəlxalq norma və prinsiplərin pozulmasının ən bariz nümunəsi demək olar iki onillikdir uzanan Dağlıq Qarabağ münaqişəsidir: ?Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazisinin beşdə biri işğal edilib, təxminən 1 milyon azərbaycanlı etnik təmizləmə yolu ilə qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan tarixi və mədəni irsinin minlərlə nümunəsi məhv edilib?. Elmar Məmmədyarov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü tanınıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunub. Azərbaycanın xarici işlər naziri bildirib ki, münaqişənin həlli üçün bir neçə vacib addımlar atılmalıdır. Bunlardan birincisi işğal edilmiş ərazilərin azad edilməsi, insanların öz evlərinə qaytarılması, qarşılıqlı istifadə üçün kommunikasiyaların bərpasıdır: ?Bu, münaqişənin nəticələrinin aradan qaldırılmasına imkan verəcək, davamlı sülh və sabitliyə yol açacaq?. Elmar Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsində bölgənin azərbaycanlı və erməni əhalisi birgə iştirak etməlidir. Azərbaycanlı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırda davam edən proses müəyyən ümidlər yaradır. Onun sözlərinə görə, rəsmi İrəvanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılaşması və bu prinsipin əks olunduğu ?Moskva bəyannaməsi?ni imzalaması müsbət əlamətdir. Elmar Məmmədyarov bildirib ki rəsmi Bakı Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin yaranması üçün Ermənistan liderləri ilə danışıqları davam etdirməyə hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA