Bakıda Avropa ittifaqı - Azərbaycan Əməkdazlıq Komitəsinin 10-cu iclası keçirilib

img

25-09-2009 [05:50]


Bu gün Bakıda Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 10-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasa Azərbaycan tərəfindən Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Xarici Əlaqələr Baş Direktorluğunun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müdiri Qunnar Viqand həmsədrlik edib. İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlər müzakirə edilib, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələr üzrə inkişaf etdirilməsi perspektivləri və Şərq Tərəfdaşlığına dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA