Bülent Korkmaz ?Bakı?nın baz məzqçisi ola bilər

img

25-09-2009 [01:58]


?Qalatasaray? klubunun əfsanəvi kapitanı və keçmiş baş məşqçisi Bülent Korkmaz ?Bakı? klubunun sükanı arxasına keçə bilər. Bunu AzadlıqRadiosuna klubun icraçı direktoru Yaşar Seyidov deyib. Ancaq onun sözlərinə görə, bu məsələ hələ dəqiq həllini tapmayıb. Hazırda bununla bağlı vitse-prezidenti Zeynal Məmmədovun danışıqlar apardığını deyən icraçı direktorun sözlərinə görə, hər şey sonda klubun prezidenti Hafiz Məmmədovun qərarından asılı olacaq: - Ancaq başqa namizədlər də var. Mən ad çəkmək istəmirəm. Söhbət tanınmış əcnəbi mütəxəssislərdən gedir. Yaşar Seyidov deyir ki, sabiq baş məşqçi Haciyevski bu postdan uzaqlaşdırılsa da, ola bilsin ki, klubda başqa bir vəzifədə fəaliyyətini davam etdirsin. ?Bakı? Azərbaycan primyer liqasında keçirdiyi 3 oyuna cəmi 4 xal qazanıb. Klub turnir cədvəlinin 8-ci pilləsində qərar tutub. Ötən mövsüm isə ölkə çempionu titulunu qazanmışdı. Bu il UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan ?Bakı? ilk mərhələdə Litvanın ?Ekranes? klubunu sıradan çıxartdı. Daha sonra Bolqarıstanın ?Levski? klubuna boyun əyən ?Bakı? mübarizəni Avropa Liqasında davam etdirdi. Sonradan İsveçrənin ?Bazel? klubuna məğlub olan ?Bakı? Avropa Liqasının qrup mərhələsinə qatılmaq imkanını əldən verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA