Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ-dakı yəhudi təzkilatlarının rəhbərləri ilə görüzüb

img

25-09-2009 [11:56]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York səfəri çərçivəsində sentyabrın 24-də ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşüb. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanın yüksək tolerantlıq göstəricisindən məmnunluğunu bildirən yəhudi təşkilatlarının nümayəndələri İsrail Prezidenti Şimon Peresin ölkəmizə uğurlu səfərini, eləcə də yəhudilərin yeni il bayramı olan Şana Tova münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yəhudilərə ünvanladığı təbriki yüksək qiymətləndiriblər. Öz növbəsində nazir E.Məmmədyarov Azərbaycanın müxtəlif dinlərə və milliyyətə malik insanların mehriban şəraitdə yaşaması kimi tolerantlıq modelini ölkəmizin əsas sərvətlərindən biri kimi xarakterizə etmiş və Azərbaycanda tarixən yəhudilərin sülh içində yaşadığını bildirib. Hazırda Azərbaycanla İsrail arasında intensiv münasibətlərin inkişaf etdiyini vurğulayan nazir E.Məmmədyarov İsrail Prezidenti Şimon Peresin ölkəmizə səfərinin əməkdaşlığa təkan verdiyini qeyd edib. Görüşdə regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Azərbaycanın regional və qlobal proseslərə münasibətdə baxışları ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA