AiDP: ?Türkiyə BMT Təhlükəsizlik Şurasına üzv olmalıdır?

img

24-09-2009 [05:37]


BMT Baş Assambleyasının 64-cü sessiyasında bəzi liderlərin BMT Təhlükəsizlik Şurası ilə bağlı iradları Azərbaycanda da dəstək qazanıb. İslam Demokrat Partiyası (AİDP) Şurada dünyanın bir neçə ölkəsinin hakim mövqe tutmasının qəbuledilməz olduğunu bəyan edib. Partiyanın sədri hacı Tahir Abbaslı bu məsələ ilə bağlı MIA-ya verdiyi açıqlamasında bildirib ki, dünyaya demokratiya dərsi keçən BMT-də yalnız 5 ölkənin veto hüququnun olması demokratiyadan kənar bir işdir: ?Hesab edirəm ki, BMT Təhlükəsizlik şurası əslində bir neçə dövlətin əlində oyuncağa çevrilib. Onlara sərf etməyən məsələlərə asanlıqla yox deyirlər. Bunun nəyi demokratiya oldu? Əksinə bu diskriminasiyadır?. AİDP sədri onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ ləğv olunmasa da digər ölkələrin, xüsusilə də aparıcı müsəlman ölkələri də bura üzv olmalıdır: ?Hesab edirəm ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransanın sıralarına başqa ölkələr də qoşulmalıdır. Dünyanın taleyini 5 ölkənin ixtiyarına buraxmaq ədalətli deyil?. Beş ölkənin sırasına hansı ölkənin qoşulmasına gəlincə, AİDP sədri Türkiyənin adını çəkib. Onun fikrincə Türkiyə dünyanın 1/3 ?ni təşkil edəqn müsəlmanları bu təşkilatda təmsil etmək imkanına malikdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA