Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra ikitərəfli görüzlər keçirib

img

24-09-2009 [11:50]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda çoxsaylı ikitərəfli görüşlər keçirib. Azərbaycan XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Məmmədyarov İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və münaqişənin həlli ilə bağlı Bakının mövqeyi barədə həmkarını məlumatlandırıb. Nazirlər ABŞ-dakı Azərbaycan və yəhudi icmaları arasındakı əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən söhbət açılıb. toxunublar. Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita-Ferrero Valdnerlə görüşdə Azərbaycanla Avropa Birliyi arasında mövcud əməkdaşlıq proqramları, xüsusilə də ?Şərq tərəfdaşlığı? təşəbbüsü diqqətdə saxlanılıb. Xanım Valdner Avropa Komissiyasının Azərbaycanla assosiativ əməkdaşlıq müqaviləsi imzalamaq qərarına gəldiyini və bu yaxınlarda müvafiq mandatın hazır olacağını bildirib. Diqqəti regional təhlükəsizlik məsələlərinə yönəldən E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayaraq nizamlanma prosesinin hazırkı vəziyyəti və rəsmi Bakının mövqeyi barədə məlumat verib. Avstriyanın xarici işlər naziri Mixail Spindelegger, Portuqaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Joao Qomes Kravinyo, Estoniyanın xarici işlər naziri Urmas Paet və Kubanın xarici işlər naziri Bruno Rodriqes Parilya ilə görüşdə də qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə də iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə edilərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA