Zəlimxan Hüseynov gümüz, Şərif Şərifov isə bürünc medal qazanıb

img

23-09-2009 [12:56]


Ötən gün Danimarkanın Herninq şəhərində güləş üzrə Dünya çempionatında 60, 84 və 120 kiloqram çəki dərəcələrində müarizə aparan idmançılar döşək üzərinə çıxıblar. 60 kq çəki dərəcəsində yarışan Zəlimxan Hüseynov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Rəqibi Vitali Koryakini (Tacikistan) üstələyən Zəlimxan növbəti mərhələyə yüksəlib. Onun 1/8 final mərhələsindəki rəqibi erməni güləşçi Artur Arakelyan olub. Həmvətənimiz prinsipial qarşılaşmadan qələbə ilə ayrılaraq 1/4 finala vəsiqə qazanıb. Burada isə Zəlimxan yapon Shoqo Maedanı üstələyib. Qazandığı bu qələbələr güləşçimizi yarımfinala çıxarıb. İdmançımız finala vəsiqə uğrunda özbəkistanlı Dilşad Mansurovla güləşib və 7:2 hesablı qələbə ilə finala çıxıb. O, qızıl medal qazanmaq üçün rusiyalı Besik Kuduxovla qarşılaşıb. Bu görüşdə qələbə Zəlimxana altı il əvvəl dünya çempionu titulu qazanmış Arif Abdullayevin nəticəsini təkrarlamaq imkanı verə bilərdi. Amma Besik Kuduxov daha güclü çıxıb və Zəlimxan Hüseynov gümüş medalla kifayətlənib. Şərif Şərifov (84 kq) mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Aleksey İsayev (Belarus) olub. Şərifov bu görüşdə rəqibinin kürəyini yerə vurub - 6:1. Həmvətənimiz 1/4 finalda Herbert Yakobla (ABŞ) üz-üzə gəlib. Amma tatamidən məğlub ayrılan Şərifov qızıl qazanmaq şansını itirib. Bununla belə, idmançımız təsəlliverici mərhələyə qatılıb və ilk cəhdində alman, ardınca isə türk rəqibini məğlub edib. Həmyerlimiz bürünc medal uğrunda görüşdə Abdusalam Gadisovla (Rusiya) güləşib. O, bu mübarizədən qalib ayrılayaq millimizə üçüncü medalı qazandırıb. Bu gün isə 74 kq çəki dərəcəsində qaliblər bəlli olacaq. Qeyd edək ki, dünya çempionatının ilk günündə 55, 66 və 96 kq çəkidə qaliblər bəlli olub. Mükafat qazananlar arasında finalda uduzan Xetaq Qazyumov (96) da var. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA