Dağlıq Qarabağ problemi Böyük Britaniyada müzakirə olunub

img

23-09-2009 [12:25]


Dağlıq Qarabağ problemi xarici işlər nazirinin müavini Vaqif Sadıqov Böyük Britaniyada işgüzar səfəri zamanı müzakirə olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər zamanı V.Sadıqov Böyük Britaniyanın Xarici işlər nazirliyinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi Maykl Devenport ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri və əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasındakı mövcud münasibətlərinin səviyyəsi, təhsil, humanitar sahələrdə əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, münaqişənin regionda sülh və sabitliyin bərqərar olmasına və regionun Avropaya inteqrasiyasına əngəl törətdiyi vurğulanıb. Nazir müavini işgüzar səfər zamanı Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSİ) və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı və Səfirliyin dəstəyi ilə keçirilən ?Cənubi Qafqazda təhlükəsizlik: Avropanın təhlükəsizlik strukturları ilə əməkdaşlığın genişləndirilməsi? adlı konfransda çıxış edib. Konfransda ATƏT, Avropa İttifaqı, NATO kimi qurumların Cənubi Qafqaz üzrə nümayəndələri, region ölkələrinin Londonda akkreditə olunan səfirləri, çoxsaylı tədqiqat mərkəzlərinin təmsilçiləri, region üzrə tanınmış ekspertlər iştirak ediblər. Konfransda Cənubi Qafqazda təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatların region ölkələri ilə əməkdaşlığı və Avrasiya məkanında enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA