Ermənistan prezidenti Serj Sarkisyan yenə Azərbaycana medan oxudu

img

21-09-2009 [04:18]


Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Moskovski Komsomolets qəzetinə müsahibəsində deyib ki, Ermənistan Azərbaycanla Qarabağ dialoqunu o vaxt davam etdirəcək ki, müəyyən şərtlər yerinə yetirilsin: ?Biz bunu (diloaqu) 3 şərtlə qəbul edirik: Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır, Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır və 3-cüsü, müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır?. ?Əgər bu 3 şərt yerinə yetirilsə, ola bilər, biz dialoqa hazır olarıq?. Ermənistan prezidenti əlavə eləyib ki, ?bizim Azərbaycana heç bir güzəşt fikrimiz yoxdur. Güzəştlər tamamilə istisna olunur?. Sarkisyan daha sonra ? Azərbaycan bizdən işğal olunmuş torpaqların azad olunmasını tələb eləyir. Bu torpaqlar - bizim aramızda sərhədlərin qoyulmasıdır və bu torpaqlar bizim təhlükəsizlik zonamızdır. Biz bu torpaqları geri qaytarmayacağıq. Onlar bizə işğalçı deyə bilərlər. Bu, mənim xətrimə dəymir? deyib. Sarkisyan daha sonra deyib ki, ?onlar torpaqları zorla qaytara bilsəydilər, bunu çoxdan eləmişdilər. Ancaq eləmədilər. Ona görə də bizim dediyimizə gedir. Sonra da, gec ya tez, kompromis tapılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA