?Qarabağ?ın baz məzqçisi Qurban Qurbanovdan zok açıqlamalar

img

21-09-2009 [03:26]


Premyer-Liqanın V turunda Zaqatalada "Simurq"un qonağı olan "Qarabağ"ın gənc çalışdırıcısı Qurban Qurbanov qalmaqal yaradacaq açıqlamalar verib. Avrokuboklarda tarix yazmış məşqçi, oyunsonrası mətbuat konfransında matçın baş hakimini tənqid atəşinə tutub. ?İlk növbədə ?Simurq?u qələbə münasibətiylə təbrik edirəm. Amma bu gün heç nəyə yox, uşaqlarıma yazığım gəlir. Biz gənclərə üstünlük verərək futbolumuzun gələcəyini qururuq. Qarşılaşmanın hakimi bu gün ?Qarabağ?ı yox, bütün Azərbaycan futbolunun gələcəyini vurdu". "Futbolçularımın hamısıyla qürur duyuram və hamısını göstərdikləri oyun münasibətiylə təbrik edirəm. Gözəl mübarizə apardılar. 90 dəqiqə ərzində rəqibi meydanın özünə aid hissəsindən çıxmağa qoymadıq". "15-17 il futbol oynamışam, amma belə şey görməmişəm. Yerinə yetirdiyimiz bütün künc zərbələri, asmalar zamanı hakim oyunu saxladı. Belə şey etmək olmaz. İnkişaf etmək istəyiriksə, bununla - belə hakimliklə bu mümkün deyil". "Heç vaxt hakimlik haqda danışmamışam. Ancaq görün oyun necə gedib ki, mən də danışmağa məcbur olmuşam. Futbol kişi oyunudu. Mən başa düşə bilmirəm ki, Əfqan nə etmək istəyirdi. Həmzəyevin Azərbaycanın ən perspektivli hakimlərindən sayıldığını eşitmişdim. Bu gündən etibarən buna inanmıram". "Oyunun AzTV ilə canlı yayınlanmasına çalışırdıq. Ancaq bunu edə bilmədik. İndi başa düşürəm ki, niyə oyunun canlı yayınlanmasına qoymadılar". "Bizim baxımdan heç bir problem yoxdu. Gələcəyin komandasını qururuq. Məğlubiyyəti qəbul etməyi bacarırıq. Mən bu oyunu uduzduğumuzu düşünmürəm. Futbol baxımından biz daha üstün olduq?. Korner.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA