Jaba ?Olimpik-Şüvəlan?a qarzı oynayacaq

img

19-09-2009 [12:49]


?Bakı? - ?Simurq? oyununun tamamlanmasından sonra ikinci sarı və nəticədə qırmızı vərəqə alan Jabanın bir oyun oynamamaq cəzası qüvvədən düşüb. Qol.Az-a ?Bakı?nın mətbuat xidmətindən verilən məlumata görə, ölkə çempionatının keçirilmə qaydalarına əsasən, komandaların iradəsindən asılı olmayan səbəblərdən yarımçıq qalan qarşılaşma baş tutmuş sayılır. Premyer Liqanın birinci turundan təxirə salınan, sentyabrın 16-da isə şıddətli yağış səbəbi ilə 11-ci dəqiqədə dayandırılıan "Xəzər-Lənkəran" - "Bakı" oyunu qeydə alındığından Jabanın cəzası bitmiş hesab olunur. Bu isə o deməkdir ki, Premyer Liqanın reqlamentinə əsasən, braziliyalı forvardın cəzası başa çatmış sayılır və o, "Olimpik Şüvəlan" - "Bakı" qarşılaşmasında meydana çıxa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA