Qulu Məhərrəmli: ?inanmıram ki, Türkiyə Ermənistanla zərtsiz danızır?

img

19-09-2009 [12:42]


?Hesab edirəm ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda çıxışı, onun Azərbaycan parlamentində verdiyi vədlər öz gücündə qalır. Hiss olunmur ki, Türkiyə Azərbaycanın maraqlarını tapdalayır, Azərbaycana arxa çevirir??. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə tanınmış telejurnalist və siyasi şərhçi Qulu Məhərrəmli Türkiyə-Ermənistan münasibətlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyənin xarici siyasətində ciddi dəyişmələr baş verir. Türkiyə ilk növbədə yaxın qonşuları ilə münasibətləri qaydaya salmaq istəyir. Türkiyənin atdığı son addımlar da bunun bariz nümunəsidir. Q. Məhərrəmli bildirib ki, Türkiyənin bu siyasətini Azərbaycana arxa çevirmək kimi qiymətləndirmək lazım deyil: ?Türkiyə bütün qonşuları ilə düşmən vəziyyətindədir. Gəlin nəzər salaq, Şimalda, Şərqdə, Qərbdə bütün qonşuları ilə Türkiyənin münasibətləri gərgindir. Regionda bu gərginliyi aradan götürmək üçün Türkiyə yeni siyasi, həssas və çox təhlükəli bir kurs müəyyənləşdirir. Hazırda İraqda kürd məsələsinin çözülməsi prosesi gedir. Rusiya ilə Türkiyə arasında belə götürsək, beş ilə yaxın diplomatik əlaqələrin olmasına baxmayaraq, siyasi əlaqələr həmişə heç də birmənalı olmayıb. Xüsusi ilə 2-ci Dünya müharibəsindən sonra müəyyən gərginliklər var. Türkiyə bu məsələləri çözümək üçün yollar arayır. Yəni Türkiyə apardığı siyasət nəticəsində özünün təhlükəsizliyini, stareji planlarını gerçəkləşdirmək istəyir. Bu addımlar təbii ki, Ermənistandan da keçir. İnanmıram ki, Türkiyə Ermənistanla şərtsiz danışır. Burda Azərbaycanın maraqları ilə bağlı çox ciddi məsələlər var. Amma mən belə hesab edirəm ki, Azərbaycan və Türkiyə bu məsələdə uduş əldə edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA