Məzədi Natiq mitinq təzkil etməkdə təqsirli bilinərək polis tərəfindən saxlanılıb

img

18-09-2009 [06:33]


Nardaran ağsaqqalı Məşhədi Natiq (Natiq Əlövsət oğlu Kərimov) poli tərəfindən saxlanılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, o, sahə müvəkkili tərəfindən Sabunçu rayon Polis idarəsinə aparılıb. MİA-nın müxbiri ilə söhbətində Məşhədi Natiq bildirib ki, onunla bu günə (18 sentyabr 2009) Nardaranın İmam Hüseyn meydanında saat 18 00 təyin olunan Qüds günü ilə bağlı mitinqə sorğu ? sual aparırlar və onu qanunsuz mitinqin keçirilməsində təqsirli bilirlər. Məşədi Natiq isə deyib ki, heç bir mitinqin təşkilində təşkilatçı deyil: ?Hələdə polis idarəsindəyəm. Nə vaxt buraxacaqlar onu da demirlər. Mən də oturmuşam burda?. Müshibimiz ona hər hansı bir təzyiqin olmadığını da vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA