Elxan Poluxov: ?Baronessa Koks dövlət rəsmisi hesab oluna bilməz?

img

18-09-2009 [02:37]


?Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ərazi bütövlüyümüzə hörmətsizliklə yanaşan şəxslərə tutduğu vəzifəsindən asılı olmayaraq münasibətimiz eynidir? Bu sözləri Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Müstəqil İnformasiya Agentliyinə Britaniya Parlamentinin Lordlar Palatasının vitse-spikeri Baronessa Koksun Dağlıq Qarabağa növbəti dəfə qeyri-qanuni səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin şəxslərə Azərbaycana gəlmək qadağandır: ?İşğal olunmuş ərazilərimizə rəsmi dövlət orqanlarımızın icazəsi olmadan səfər edən hər bir şəxs eyni aqibətlə üzləşəcək?. E.Poluxov deyib ki, Baronessa Koks dövlət rəsmisi hesab oluna bilməz: ?O, sadəcə Britaniya Parlamentinin üzvüdür və dövlətin rəsmi mövqeyini əks etdirmir. Bununla bağlı İngiltərə dövləti qarşısında bir neçə dəfə məsələ qaldırılıb. Hər zaman eyni cavabla üzləşmişik ki, ?həmin şəxs İngiltərə dövlətinin rəsmisi deyil və o, bizim mövqeyimizi əks etdirmir?. İngiltərə isə bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA