Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib

img

18-09-2009 [12:56]


Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən daxil olmuş məlumata əsasən, BMT Baş Assambleyasının 62-ci sessiyası zamanı 14 mart 2008-ci il tarixində qəbul olunmuş ?Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət? adlı 62/243 saylı qətnamənin icrası üzrə BMT baş katibinin hesabatı ilə bağlı Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin notası nümayəndəliyimizə daxil olub. Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, notada Avstraliya Hökumətinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünə dəstəyin dəyişməz qalması, onun Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaması və münaqişənin Azərbaycan və Ermənistan üçün məqbul olan sülh və davamlı həllinə yönəlmiş ATƏT-in vasitəçilik səylərini dəstəkləməsi bildirilib. Həmçinin notada Avstraliya Hökumətinin məsələyə hazırks sülh prosesi vasitəsilə ATƏT çərçivəsində baxılmasına üstünlük verməsi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA