Elmar Məmmədyarov TüRKSOY-un baz direktorunu qəbul edib

img

17-09-2009 [07:12]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un (Türk Mədəniyyət və Sənətləri Müştərək İdarəsi) baş direktoru Düsen Kaseinovu qəbul edib. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən D.Kaseinov TÜRKSOY çərçivəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat vermiş və gələcək planlarla bağlı fikirlərini bölüşüb. Öz növbəsində, qonağı salamlayan nazir E.Məmmədyarov Azərbaycanın TÜRKSOY çərçivəsində aktiv fəaliyyət göstərməsinin təqdirəlayiq bir hal olduğunu vurğulayıb, ölkəmizin türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və inkişafı istiqamətində öz töhfəsini bundan sonra da davam etdirəcəyini bildirib. Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA