Zərdüzt Əlizadə: ?istər Türkiyə, istərsə də iran gördülər ki, Qarabağ bu hökumətin marağında deyil?

img

17-09-2009 [01:23]


?İranın Dağlıq Qarabağın Ermənistan tərfindən işğalını pisləməsi tarixi faktdır. Rəsmi Tehran istər bizim mövcud hakimiyyətə, istərsə də Xarici İşlər Nazirliyimizə dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycana təcavüz edərək torpaqlarını işğal edib və İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Zərdüşt Əlizadə bəzi politoloqların İranın ermənipərəst mövqe tutması fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, İslam ölkələrinin konfransında Ermənistanın təcavüzkar ölkə olması ilə bağlı qətnamənin qəbulunda məhz İranın böyük təşəbbüsü olub: ?Hələ Azərbaycanın müstəqilliyinin ilk dövründə İranın o vaxtkı xarici işlər naziri Ələkbər Vilayəti ölkəmizə səfər edərək Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə səy göstərmişdi. Rus ordusu Qarabağda oturduqlarına görə, onu Ağdamdan Qarabağa tərəf buraxmadılar. Ələkbər Vilayəti Bakıya qayıtdıqda gördü ki, Azərbaycan öz ərazisinə nəzarət edə bilmir. Bundan əlavə, rəsmi Tehran Azərbaycan hökumətinə təklif etdi ki, onlara hərbi yardım göstərsinlər. Həqiqətəndə o vaxt xeyli sayda iranlı əsgərlər və generallar Bakıya gəldi. Hətta əfqan mücahidləri də bu missiyaya qoşuldular. Amma Azərbaycan hökuməti buna razı olmadı?. Z.Əlizadə bildirib ki, o vaxt Tehranda Levon Ter-Petrosyanla Yaqub Məmmədov arasında atəşkəs haqqında müqavilə imzalandı: ?Rusiya hərbiçiləri isə Levon Ter-Petrosyanın xəbəri olmadan bu müqaviləni pozaraq Şuşanı işğal etdilər. Bəli, İran Ermənistanla normal münasibətlər qurmaq istəyir, nəcə ki indi Türkiyə buna çalışır. Onlar bizim əvəzimizə gəlib Qarabağ almalı deyillər. İstər Türkiyə, istərsə də İran gördülər ki, Qarabağ bu hökumətin marağında deyil. Ona görə də mən hər bir dövlətin Ermənistanla normal münasibət qurmasına normal baxıram. Anormal odur ki, torpağı işğal edilən dövlət və ya xalq keflə məşğuldur. İranla Türkiyə isə öz üzərilərinə düşən dini və diplomatik missiyanı yerinə yetirdilər?. Politoloq onu da bildirib ki, İranın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olmasına mənəvi haqqı var: ?Çünki ortada hələ nəsə bir müsbət nəticə yoxdur. Unutmayaq ki, Minsk Qrupunun həmsədri olan ölkələrin hər biri təcavüzkar Ermənistana silah verir, maddi yardım və hamiçilik edir. Bu isə o demək deyil ki, Minsk Qrupunun fəaliyyətindən imtina etmək lazımdır. Neyləmək gərək, dünya bu cür ədalətsizdir. Belə olan şəraitdə Azərbaycan diplomatiyası çalışmalıdır ki, həm Minsk Qrupuyla, həm İran və Türkiyə ilə, bir sözlə, hamı ilə əməkdaşlıq etsin. Onu da nəzərdən qaçırmayaq ki, Azərbaycan hökumətinin özü öz xalqına qarşı ədalətsizdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA