Sentyabrın 18-də israil səfirliyi qarzısında aksiya keçiriləcək

img

16-09-2009 [05:09]


Bu gün Azərbaycan Media Mərkəzində İslam Partiyası Qüds günü münasibətilə dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Hacı Akif Qüds gününün genişlənərək bütün dünyada qeyd edildiyini bildirib Onun sözlərinə görə, bunun əsas mahiyyəti zülmkarlığa və ədalətsizliyə qarşı mübarizə simvoldur: ?Beynəlxalq güclərin işğalçılıq siyasətini genişləndirdikcə, müsəlmanların etirazına səbəb olur. Bu gün Azərbaycanın 20 favizdən çox torpaqları Ermənistan tərəfindən işğal edilib. Şübhəsiz ki, Qüds gününün qeyd olunması torpaqların azadlığı uğrunda mübarizədir. Mübarizəmiz bu gün də davam etməkdədir?. İslam Partiyasının sabiq sədri Hacı Hacıağa Nuri də Qüds gününün ümumdünya bəşəri problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, bunun səbəbkarı İran İslam İnqilabının dahi rəhbəri imam Xomeyni olub: ?Mərhum imam Xomeyni 30 il bundan qabaq bizə ən gözəl əmanət qoyub. Artıq ümumdünya Qüd günü müsəlman ölkələri çərçivəsindən çıxıb, Avropa ölkələrində müzakirə edilir. 22 günlük Qəzza hadisəsi bir daha sübut etdi ki, dünyanın ən böyük faşizmi beynəlxalq sionizm və onun himayə edən Amerikadır. Hərçənd ki, Amerikanın yeni prezidenti Barak Obama dəfələrlə öz çıxışında Fələstin ərazilərində tikilən yəhudi məskunlarının dayandırılmasını bildirib. Ancaq bu sadəcə müsəlmanları aldatmaq üçün deyilən bəyanatlardır. Heç kimə sirr deyil ki, İsrail tərəfindən işğal edilmiş Fələstin ərazilərinə dünyanın müxtəlif ölkələrindən yəhudilərin köçürülməsi prosesi gedir. Çox təəssüflər olsun ki, beyənlxalq qurumlar bu məsələyə biganə yanaşırlar. Qəzza müharibəsindən sonra Fələstin qaçqınlarının sayı təkcə Livan ərazisində 400 min nəfərdən artıqdır?. Hacı Hacıağa Nuri onu da bilodirib ki, Azərbaycanda beynəlxalq Qüds günü ilə bağlı keçirilən tədbirlər daha intensiv xarakter alardı ki, nəyinki indi: ?Hətta bununla bağlı məscidlərdə yürüşlər olardı. Son vaxtlar isə nədənsə buna imkan verilmir. İmkan verilməlidir ki, azərbaycanlılar bu məsələdə öz mövqelərini ortaya qoya bilsinlər. Əslində, Fələstindən sonra ikinci dövlət Azərbaycandır ki, onun 20 faizdən yuxarı torpaqları ermənilər tərəfindən işğal edilib. Ona görə də belə tədbirlər mütəmadi olaraq keçirilməlidir. Məndə olan məlumata görə bir çox ictimai-siyasi təşkilatlar Bakı şəhər İcra Hakimiyyətinə İsrail səfirliyi qarşısında aksiya keçirmək üçün müraciət edib. Lakin hələki bir cavab almamışıq. Ancaq buna baxmayaraq biz avqustun 18-i İsrail səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırırıq?. Hacı Rövşən Əhmədli də Azərbaycanın 20 faizdən artıq torpağının Ermənistan tərəfindən işğal edilməsini xatırladaraq, beynəlxalq qurumların işğalçılara dəstək verdiyini deyib: ?Torpaqlarımızın işğal edilməsindən 16 il keçməsinə baxmayaraq, hələ də bu məsələdə hər hansı bir irəliləyiş yoxdur. Necəki 60 il bundan öncə, Fələstin torpaqları İsrail tərəfindən işğal edilərək, vəhşiliyə məruz qaldı. Nəzərinzə çatdırım ki, bu cür tədbirlərin keçirilməsi işğalçılara qarşı çıxmaq mahiyyəti daşıyır. Bu gün İraq və Əfqanıstanda demək olar ki, həyat səviyyəsi sıfıra çevirilib. Bütün bunların baiskarı ABŞ-dır. Lakin beynəlxalq təşkilatlar həm müsəlmanların hüquqlarının tapdalanmasına, həm də Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə maraq göstərmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA