16-09-2009 [03:58]
Bu gün ?Ria-Novosti? agentliyində politoloqların iştirakı ilə cari iki ay ərzində Azərbaycan ətrafında baş verən hadisələr ? Türkiyənin Ermənistanla sərhədlərini açması və Dağlıq Qarabağ danışıqlarının gedişatı ilə bağlı dəyirmi masa təşkil edilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Türkiyənin Ermənistanla sərhədlərinin açmasında nə Rusiyanın, nə də rəsmi Ankaranın ssenarisi olduğunu bildirib: ?Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Türkiyə də regional siyasətdə bunu nəzərə alır. Məsələn, Türkiyənin Rusiya ilə yaxınlaşmasında Azərbaycan faktoru çox mühüm rol oynayır. Əgər indiki hakimiyyət Azərbaycanın maraqlarını nəzərə almayaraq Ermənistanla sərhədləri açacaqsa, növbəti hakimiyyətə gələn partiya əvvəlkindən qat-qat ağır şərtlərlə sərhədləri də bağlayacaq. Ermənistanla sərhədlərin açılması Amerikanın göstərişidir. Ermənilər Türkiyənin qabağında əyilən məqamda ABŞ öz ssenarisini həyata keçirdi. Bu işin əvvəlində çox yaxşı olardı ki, Ermənistan Azərbaycanın torpaqlarını işğaldan azad etsin. Rusiya ekspertləri belə bir fikir yürüdürlər ki, ermənilər ən qatı düşməni Türkiyə deyil, Azərbaycandır. Ümumiyyətlə, hər iki ölkə arasında sərhədlərin açılması anti-Rusiya xarakteri daşıyır. İndi Türkiyənin Ermənistanla arasında baş verən proseslər sərhədlərin açılması kimi başa düşmək lazım deyil. Bu Ermənistanın Rusiyadan qaçması mahiyyətini daşıyır. Onu da nəzərinizə çatdırım ki, sərhədlərin açılması ilə bağlı hazırlanan pratokollar həm Türkiyə, həm də Ermənistan mətbuatında rus, ingilis və öz dillərində dərc edilib?.
Politoloq Rasim Ağayev də Türkiyənin həmişə bütün məqamlarda AVzərbaycana siyasi dəstək verdiyinin nəzərə çatdırıb. Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını başqa prizmadan yanaşmaq lazımdır: ?Biz nədənsə həmişə dostumuz olan Türkiyəni qınamağa çalışırıq. Qətiyyən belə düşünmək lazım deyil. Hər bir müstəqil dövlətin müstəqil siyasəti və ya maraqları var. Düzdür, yaxınıq, dostuq tarixi ənənələrimiz var. Hər halda Türkiyənin də maraqlarını nəzərə almalıyıq. Türkiyə kifayət qədər Dağlıq Qarabağ məsələsində öz mövqeyini ortaya qoyub. Ona görə də bu cür məsələlərə həssas yanaşmaq lazımdır?.
Politoloq Fikrət Sadıqov isə son zamanlar Ermənistanın Gürcüstanla münasibətinin pisləşməsinə aydınlıq gətirib. Onun qənaətinə görə, buna səbəb Cavahidziyada baş vermiş anlaşılmazlıqlardır: ?Heç kimə sirr deyil ki, Ermənistan idarə edilən bir ölkədir və onu idarə edən ölkənin kimliyi də hamımıza məlumdur. Bunu gizlətməyə ehtiyac yoxdur ki, bu ölkə məhz Rusiyadır və Rusiya Ermənistanı idarə etməkdə maraqlıdır. Bu danılmaz bir faktdır. Rusiya ilə Gürcüstan arasında soyuqluq hələ də davam edir. Ona görə də Ermənistan bir çox təxribatlarla Gürcüstanın gözdən salmağa çalışır. Qaldı ki, Ermənistanla Türkiyə ilə sərhədlərin açılmasına, bu daha çox Ermənistanın maraq dairəsini təşkil edir. Xatırladım ki, belə bir situasiya hələ hələ 80-ci illərdə də var idi. Qarabağ münasibətlərində həmişə Moskva Azərbaycana xəbərdarlıq edirdi ki, Ermənistanla çalışın ortaq məxrəcə gəlin və ya belə məsələlərin həllini siyasət metodların köməyi ilə həll edin. Bax, ona görə də sonda Qarabağ bu duruma gəlib çıxdı. Sanki Qarabağ planlaşdırılmış bir səhnəcik idi. İndi də həmin səhnəcikdir, amma rollar dəyişib. Bildirim ki, Türkiyə sərhədləri açılmasını ürəkdən istəmir. Açıq-aşkar Türkiyə təzyiq altındadır. Məhz təzyiq altında olmasına görə, bəzi tələbləri yerinə yetirmək məcburiyyətində qalıb. Türkiyə Avropaya iteqrasiya olmaq istəyir. Rəsmi Ankaranın Avropa Birliyinə üzv olmaq istəyi çoxdankı arzusudur. Amerika da bunun əvəzində üçün məhz sərhədlərin açılması tələbini qoyub. Ancaq onu da nəzərdən qaçırmayaq ki, əgər Türkiyə sərhədləri açsa, Avropa Şurası onu belə tezliklə üzv etməyəcək. Nəticədə uduzan məhz Türkiyə olacaq. Bundan əlavə, Türkiyənin daxili və xaricində çoxlu sosial problemlər mövcuddur. Biz buna əyani sübut kimi Şimali Kipri misal gətirə bilərik. Əlbəttəki Ermənistan sərhədlərin açılmasında şəxsən maraqlıdır. Ona görə də prosesləri bir qədər də izləmək məcburiyyətində qalacayıq?.
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, sərhədlərin açılmasında bir başa olaraq, Azərbaycanın indiki hakimiyyəti məsuliyyət daşımalıdır: ?Biz Türkiyəni qınayırıq. Bir çox tanınmış politoloqların və hökumət nümayəndələrinin, eyni zamanda türkiyəli nümayəndəlirn iştirakı təşkil olunan tədbirdə sərhədlərin açılması planına etiraz etdikdə Türkiyə maraqlı bir ifadə işlətdi. Onlar dedilər ki, bəs, siz indiyə qədər bu məsələdə hansı addımlar atmısınız, biz sizləri nə vaxta qədər gözləməli olacayıq? Bundan əlavə, Ermənistanla-Azərbaycan arasında çərçivə sazişi imzalansa, bu bizim uğurumuzudur. Lakin bu məsələdə pauza var. Əgər hökumət indiyə qədər daxilində bu cür siyasət yürütməkdə davam etsə, inandırım ki, xarici siyasətdə də hər hansı bir irəliləyişlərimiz olmayacaq. Vax gələcək ki, bizim üçün qəbuledilməz güzəştləri qəbul etdirəcəklər?.