Sərdar Cəlaloğlu: ?Hakimiyyət də bələdiyyə seçkilərində çətinlik çəkəcək?

img

15-09-2009 [03:51]


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun ?bir sıra partiyaların bələdiyyə seçkilərində iştirak etmək üçün tələb olunan zəruri potensialı və imkanları yoxdur. Və çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin partiyalar bu gerçəkliklərini etiraf etmək əvəzinə, böhtan atmaq yolunu tuturlar?,- deməsi müxalifətin narazılığı ilə qarşılanıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun opponentinin fikirlərinə münasibəti fərqli olub. S.Cəlaloğlu Ə.Əhmədovun fikirlərində müəyyən qədər həqiqət olduğunu da dilə gətirib: ?Bələdiyyələrlə bağlı qanuna hökumət elə maddələr yazıb ki, bu şərtlər daxilində hakimiyyət də bələdiyyə seçkilərində çətinlik çəkəcək. Bu yaxınlarda YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri demişdi ki, bələdiyyəyə namizədlərin siyahısını çətinliklə hazırlayırıq. Ancaq hökumət dövlətin resurslarından istifadə edərək, çətinliklərin öhdəsindən gəlməyə çalışacaq. Müxalifətdə isə bu resurslar yoxdur. O baxımdan deyilən fikirlərə haqq qazandırıram. Eyni zamanda dşünürəm ki, biz seçkilərdə necə iştirak edə biləriksə, YAP da o cür çətinliklərlə üzləşəcək?. ?Hakim partiya müxalifətdən güclüdür?,- kimi fikirlərə gəlincə, ADP sədri siyasi partiyalara bu cür qiymət verməyin doğru olmadığını qeyd edib. S.Cəlaloğlunun fikrincə, bu günə kimi Azərbaycanda demokratik seçki keçirilmədiyindən kimin güclü, kimin zəif olmasını demək mümkün deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA