iranın Azərbaycandakı səfiri islam ölkələrini birliyə səslədi

img

15-09-2009 [01:46]


Bu gün İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ?İran-Azərbaycan münasibətlərinə yeni nəfəs? adlı tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami açaraq, öncə mübarək Ramazan ayı münasibəti ilə Azərbaycan xalqını və bir universitet müəllimi kimi, Azərbaycanda təhsil gününün başlanması münasibəti ilə şagirdləri, tələbələri və müəllimləri təbrik edib. Daha sonra səfir bildirib ki, EKO ölkələrinin iclası münasibəti ilə Azərbaycan prezidentinin İran İslam Respublikasına səfəri Azərbaycan-İran münasibətlərinə bir daha müsbət yöndə təsir edib: ?Qonşu ölkələr arasında ən çox müştərək xüsusiyyətlərə malik ölkə İranla Azərbaycandır. Mədəniyyətimiz, tariximiz və dinimiz birdir. Bu qədər isti münasibətlərin olmasına rəğmən səmimiyyətlə qeyd etmək istəyirəm ki, bu iki ölkənin bir-biri ilə əlaqə yaratmağa çox potinsialı var. Mənim fikrimcə, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində irələyiş etmək üçün bir daha təkan lazımdır. Beynəlxalq arenalardakı dəyişiliklər ona səbəb olub ki, İranla Azərbaycan respublikaları arasındakı sıx bağlılığı daha da möhkəmləndirsinlər?. Səfirin sözlərinə görə, hər iki ölkənin həm regionda, həm də beynəlxalq səhnədə rolu böyükdür: ?Bu münasibətlərin yaxşılaşmasında və möhkəmlənməsində mətbu orqanların rolu, xüsusilə həqiqətləri olduğu kimi çatdırmağı bizim üçün çox mühüm məsələdir. Azərbaycanın inkişafı və tərəqqisi bizim inkişaf və tərəqqimiz kimi qiymətləndirilir?. Səfir fürsətdən istifadə edib, bu il Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətiylə də Azərbaycan xalqını təbrik edib: ?Onu da qeyd etmək istərdim ki, İslam ölkələrinin aparıcı siyasəti onların birliyi, vəhdəti və həmkarlığı sahəsində olmalıdır. Bilirsiniz ki, dünya mədəniyyətinin əsası İslam öləkələrində meydana gəlib. Tarix göstərir ki, İslam ölkələri öz zamanlarında beynəlxalq vəziyyətə çox güclü təsir göstərirdi. İslam ölkələrinin əhalisi dünyada çoxluq təşkil edir. Dünya iqtisadiyyatı İslam ölkələrinin iqtisadiyyatı ilə bağlıdır. Dünyanın əsas enerji payı bu regionların öhdəsinə düşür?. Daha sonra İslam ölkələrini birliyə və ayıq olmağa səsləyən Məhəmməd Bagir Bəhrami dedi ki, İslam ölkələrinin birliyini pozmaq üçün bir çox planlar çızılır: ?Əgər birlik tamamilə reallaşarsa, İslam dünyasının bütün problemləri həll olunar. Yəni Əfqanıstanın təhlükəsizliyi təmin olunar, Qarabağ öz yiyəsinə qaytarılar və müsəlmanların ilk qibləsi olan müqəddəs Qüds dünya müsəlmanlarının ağuşuna qayıdar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA