Oqtay Əsədov isveçrəyə rəsmi səfərə gedir

img

15-09-2009 [12:42]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 18-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olacaq. Milli Məclisin Mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Asim Mollazadə, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər müddətində Milli Məclisin nümayəndə heyəti İsveçrə Parlamentində olacaq, ölkənin Milli Şurasının sədri Çiara Simoneski-Kortezi, Dövlətlər Şurasının sədri Alan Berse, İsveçrə-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və Federal Şuranın üzvü, Xarici Əlaqələr Departamentinin başçısı Mişelin Kalmi Rey ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ölkələrimizarası əlaqələr, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə, informasiya mübadiləsi, Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA