Əli Məsimli Baltik Assambleyasının təzkil etdiyi konfransda iztirak edəcək

img

15-09-2009 [11:33]


Milli Məclisin üzvü Əli Məsimli sentyabrın 16-dan 20-dək Litvanın Vilnüs şəhərində səfərdə olacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat Baltik Assambleyasının təşkil etdiyi ?Baltikyanı dövlətlərin gələcəyi: 2030. Cəmiyyətlər və ölkələr üçün keçmiş təhdidlər və yeni çağırışlar? mövzusunda konfransda iştirak edəcək. Qeyd edək ki, tədbirdə Baltik Assambleyasının perspektiv prioritetləri, iş prinsipləri və formatı, regional tərəfdaşlıq strategiyası barədə də müzakirələr aparılacaq. Azərbaycan parlamentinin deputatı ?Baltik Assambleyası ilə GUAM Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri? mövzusunda çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA