Ermənistan prezidenti Sarkisyan partiya liderləri ilə məsləhətləzəcək

img

15-09-2009 [11:30]


Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokolunu yerli siyasi partiyalarla müzakirə edəcək. Ölkədaxili siyasi müzakirələr sentyabrın 17-də baş tutacaq. Müzakirələrin təşəbbüskarı Ermənistan prezidenti Serj Sarkisyandır. O, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsinin hazırkı mərhələsini ölkə partiyalarının sədrləri ilə müzakirə edəcək. Bu, S.Sarkisyanın belə formatda üçüncü görüşüdür. Bundan əvvəl dövlət başçısı dünya maliyyə böhranının Ermənistana təsirinin yumşaldılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı siyasi partiyalarla görüşüb. Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə ?Diplomatik münasibətlərin qurulması barədə Protokol? və ?İkitərəfli əlaqələrin inkişafı barədə Protokol? ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, hər iki ölkədə siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA