15 sentyabr ? Beynəlxalq Demokratiya Günüdür

img

14-09-2009 [02:36]


15 sentyabr ? Beynəlxalq Demokratiya Günüdür. 8 noyabr 2007-ci il tarixdə BMT 15 sentyabr tarixini ?Beynəlxalq Demokratiya Günü ? elan etmiş və bütün Üzv Dövlətləri, təşkilatları, QHT-ləri və məsul şəxsləri bərabər şəkildə həmin tarixi qlobal şəkildə Beynəlxalq Demokratiya Günü kimi qeyd etməyə çağırıb. BMT həmçinin Üzv Dövlətləri Beynəlxalq Demokratiya Gününə öz töhfələrini vermələri məqsədi ilə öz parlamentlərinə və vətəndaş cəmiyyəti təşkilatlarına imkanlar yaratmaları üçün səslənir. BMT demokratiyanı insanların azad şəkildə öz siyasi, iqtisadi, sosial və mədəni sistemlərini müəyyən etmə iradəsinə əsaslanan universal bir dəyər kimi müəyyən edir. Həmçinin qeyd olunur ki, demokratiyalar (demokratik quruluşlar) hamısı ümumi xüsusiyyətləri paylaşsa da bütün dövlətlər üçün yeganə demokratiya modeli mövcud deyildir və demokratiya heç bir ölkəyə və regiona da aid deyil. Beynəlxalq Demokratiya Günü münasibəti ilə müraciətində, BMT-nin baş katibi Pan ki Mun bunu deyir: ?Demokratiyanın universal prinsipləri özündə birləşdirməsinə və ən optimal siyasi-ictimai rejim kimi qəbul olunmasına baxmayaraq, onun möhkəmləndirməsi yolunda bir sıra problemlər mövcud olmaqdadır. Demokratik rejimlərin bərpa edilməsi və ya yeni rejimlərin yaradılması, zəif demokratik rejimlərin qorunması və hətta uzun zaman fəaliyyətdə olan demokratik institutların təkmilləşdirilməsi, məsuliyyət və əzm tələb edən işdir?. Baş katib onu da qeyd edib ki, Beynəlxalq Demokratiya gününü qeyd edən dünya ictimaiyyəti, cəmiyyətin bütün təbəqələrinin beynəlxalq hüquq və fundamental insan hüquqlarının əsasında formalaşdığını təsdiq edir: ?Demokratiya özü-özündə vacib bir amil olmaqdan əlavə, həm də iqtisadi və sosial inkişafa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin əsas hüquq və azadlıqların təmin edilməsinə böyük töhfələr verir?. Baş katib vurğulayıb ki, demokratik islahatların keçirilməsində ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda beynəlxalq ictimaiyyət bu prosesdə dəstəkləyici qüvvə rolunu oynayır: ?Həqiqətən də, demokratik institutların yaradılmasında, seçkilərin keçirilməsində, qanunların tətbiq edilməsində və vətəndaş cəmiyyətinin möhkəmləndirməsində BMT-nin yardımına olan tələbat nəzərə çarpacaq qədər böyükdür. Bu tendensiya çox güman ki, belə qalmaqda davam edəcək. Bu o deməkdir ki, Birləşmiş Millətlər Təşkilatı çoxsaylı təşəbbüslərinin olduğunu nəzərə alaraq öz işinə xüsusi diqqət yetirməli və apardığı işləri hər zaman qiymətləndirməlidir. Milli potensialın yaradılmasında və demokratik mədəniyyətin formalaşmasında BMT yardımının həqiqətən faydalı olmasını təmin etmək məqsədi ilə, ilk addım olaraq mən BMT-nın bütün bölmələrinə demokratiya məsələləri ilə bağlı Rəhbərlik məktubu göndərdim. Bu məktubda BMT-nin demokratiya məsələləri ilə bağlı apardığı işin əsas prinsipləri, təşkilatın demokratiyanın təmin edilməsi üçün apardığı ardıcıl və səmərəli aksiyaları təsvir edilib. Demokratik prinsiplər BMT-nin fəaliyyətində hər zaman müşahidə olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA