Elxan Poluxov türkiyəli jurnalistlərin Dağlıq Qarabağa səfərini təkzib edir

img

14-09-2009 [01:45]


Türkiyəli jurnalistlərin Dağlıq Qarabağa səfəri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, həmin jurnalistlər Dağlıq Qarabağa yox, Ermənistana səfər ediblər: ?Azərbaycanın Türkiyədəki səfirliyindən aldığımız məlumata görə, bu fakt həqiqət uyğun deyil. Bu məlumatı ?Hüriyyət? qəzetinin rəhbərliyi də təsdiqləyib. Səfirliyə verilən məlumata görə, rəhbərliyin tapşırığı ilə heç bir jurnalist Dağlıq Qarabağa getməyib. Sadəcə olaraq həmin jurnalistlər Ermənistana ezam olnub və orada öz peşə fəaliyyətlərini yerinə yetiriblər. Dağlıq Qarabağa səfərdən söhbət gedə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA