iran Azərbaycana rəsmi etiraz məktubu göndərib

img

12-09-2009 [05:26]


İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı onun iştirakı olmadan keçirilən müzakirələrə rəsmi olaraq etiraz edib. İranın xarici işlər naziri Manuçöhr Mottaki Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanın Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq yığıncaqla bağlı etirazlarını çatdırıb. Mottaki İranın iştirakı olmadan problemin həll edilməsini doğru olmadığını bildirib. İran xarici siyasət idarəsinin rəhbəri Xəzər sahili digər dörd ölkənin xarici işlər nazirlərinə göndərdiyi məktubda da 'Xəzərin statusunun təyin oluna bilməsi üçün sahilyani bütün ölkələrin iştirakı zəruridir', deyə bildirib. İranlı nazir, tərəflərdən bir, ya da bir neçəsinin xaric edilərək problemin həll edilə bilməyəcəyini, hətta bunun sonradan həlli çətin olacaq problemlərə də səbəb olacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, dünən Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentlərinin iştirakı ilə Aktauda görüş keçirilib. Görüşdən əvvəl isə Rusiya, Qazaxıstan, Türkəmənistan və Azərbaycan prezidentləri birgə açıqlama verərək bildiriblər ki, Xəzər mövzusunun müzakirəsində bütün dövlətlər iştirak etməlidir. Bu səbəbdən toplantıda Xəzər dənizi ilə bağlı məsələ müzakirə olunmayacaq. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA