Rəsul Quliyev: ?Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin olmaması nə Azərbaycana, nə də Türkiyəyə xeyir vermir?

img

12-09-2009 [02:43]


?Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin olmaması nə Azərbaycana, nə də Türkiyəyə xeyir vermir?. Bunu Türkiyə-Ermənistan protokolunu Alternativ Siyasətlər Mərkəzinə şərh edən Azərbaycan parlamentinin sabiq sədri, hazırda isə ABŞ-da yaşayan Rəsul Quliyev bildirib. Türkiyə-Ermənistan protokolunu dəyərləndirən R.Quliyev keçmişdə baş vermiş hadisələri dərindən tədqiq etmədən bugünkü reallıqlarla bağlı düzgün yanaşmaların olmasının qeyri-mümkün olduğunu bildirib: ?Sadəcə Dağlıq Qarabağ problemi deyil, digər məsələlərdə də Türkiyə öz mənafeyinə önəm verə bilər. Ancaq Azərbaycan xalqına xəyanət etməz, onu çətin vəziyyətdə buraxmaz. Türk xalqı bunu etmək istəyən siyasətçilərə icazə verməz. Yəni siyasətçilər Azərbaycanın maraqları üçün heç bir iş görməsələr də, Azərbaycanın əleyhinə də siyasət yürüdə bilməzlər?. R.Quliyev, ermənilərin Azərbaycan torpaqlarını işğalı əsnasında Türkiyənin Ermənistana qarşı güc istifadə etmədiyini və diplomatik danışıqlarda da aktiv iştirakçı ola bilmədiyini xatırladıb: "Türkiyə Ermənistanla diplomatik əlaqələri kəsdiyinə görə bitərəflik statusunu da itirmişdi. Türkiyə ilə heç bir zaman yaxşı qonşu olmayan İran, bütün iqtisadi gücüylə Ermənistana daxil olub. Ermənistanın bu bölgədə Rusiyadan sonra ikinci böyük müttəfiqi ortaya çıxıb?. Türkiyənin Ermənistan üçün Avropaya açılan pəncərə rolunu oynadığını deyən R. Quliyev bu diplomatik əlaqələrin bərpasının Ermənistana nə qazandıracağını da açıqlayıb: "Erməni lobbisinin varlığına, Rusiya və İran kimi iki dost ölkə tərəfindən himayə edilməsinə baxmayaraq, bu gün Ermənistan ətrafdan təcrid edilmiş bir ölkədir, Avropa ilə əlaqəsi yoxdur. Onun müttəfiqi olan İran tam, Rusiya da qismən Avropadan təcrid edildiyi üçün bu ölkələrlə əməkdaşlıq da bu problemi həll etmir. Türkiyə Ermənistan üçün Avropaya açılan bir pəncərədir. Bu pəncərə açıla və ya bağlana bilər. Açılan pəncərədən gələn işığa alışdıqdan sonra ağıllı olan şəxs onu yenidən bağlamaz. "Artıq yeni bir dövr başlayıb" deyərək yeni dövrə aid siyasət yürütməyə başlar. Qazandıqlarının qiymətini bilər". R.Quliyevin sözlərinə görə, qarşıda israrla və müvəffəqiyyətlə davam etdirilməsi lazım olan diplomatik bir mübarizə var. Çünki mövzu çox istiqamətli əlaqələri təşkil edəcək xüsusiyyətdədir: ?Bunlar Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan, Azərbaycan-Ermənistan, Türkiyə-ABŞ, Türkiyə-Rusiya, Türkiyə-AB və bu siyahını daha da çoxalda bilərik". R. Quliyev erməni lobbisinin fəaliyyətini və soyqırım iddialarını da qiymətləndirib. Onun sözlərinə görə, ermənilərin utanmadan dilə gətirdikləri böhtanlara qarşı gerçəkləri dünyaya izah etmək üçün, dünyanın dörd bir tərəfinə yayılmış türklərdən və inkişaf etmiş informasiya vasitələrindən hökumətlərin, xüsusilə zəif, həvəssiz şəkildə faydalanması çox maraqlıdır: ?Erməni lobbisinin maliyyə imkanları şişirdilməməlidir. Bəli, onlar dünyada müəyyən maliyyə gücünə malikdir. Lakin cəmi 6 milyon olan dünya ermənilərinin maliyyə gücü təxminən 150 milyonluq türklərin maliyyə imkanlarından bəlkə də dəfələrlə azdır. İkincisi, bu hadisələr Osmanlı dövründə meydana gəlib. Yeni Türkiyə Respublikası Osmanlının davamçısı deyil, onun nə haqqlarını, nə də məsuliyyətini üzərinə götürə bilməz. Üçüncüsü, bu hadisələri türklərin ermənilərə qarşı törəkdikləri soyqırım olaraq adlandırmaq cahillikdir. Bu hadisələrin tək bir adı ola bilər: Türkiyədə vətəndaş müharibəsi. Çünki Türkiyədəki yurddaşların bir qismi digərinə qarşı silahlı mübarizəyə başlamışdı. Bunun adı isə vətəndaş müharibəsidir. Tarixdə reallaşmış vətəndaş müharibələrinin hansı birində qan tökülməyib? Amerikada vətəndaş müharibəsində təxminən 1 milyon insan öldürülüb. Rusiyadakı vətəndaş müharibəsində isə təxminən 5 milyon insan həyatını itirib. Türkiyədə düşünülmüş bir soyqırım barədə söhbət gedə bilməz". Parlamentin keçmiş sədri Rusiyada 2000-ci ildən hakimiyyətə gələn Putin rejiminin və Obamanın 2008-ci ildə ABŞ prezidenti seçilməsinin bölgədəki siyasi vəziyyəti yenidən dəyişdirdiyini qeyd edib. Rəsul Quliyev Türkiyə ilə Ermənistan arasında 16 il diplomatik əlaqələrinin olmamasının nə Azərbaycana, nə də Türkiyəyə fayda vermədiyini bildirib. O, müxtəlif partiyaların tənqidlərinə baxmayaraq "erməni açılımını"nın lazım olduğunu bildirib. ?Türkiyə daxilindəki müzakirələrə isə demokratiya kimi baxmaq lazımdır?, deyə o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA