Azərbaycanda Alman Dili Tədrisi Mərkəzinin açılız mərasimi keçirilib

img

11-09-2009 [03:57]


Bu gün Alman Dili Tədrisi Mərkəzinin açılış mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Peer.K.Stanxina, Gürcüstandakı Höte İnstitutunun rəhbəri Verner Völl və başqalaları iştirak ediblər. Tədbirdə çıxış edən səfir P.K.Stanxina Azərbaycanda Alman Dili Tədrisi Mərkəzinin Höte-İnsitutunun kooperasiya partnyoru olduğunu söyləyib. O, bildirib ki, bu mərkəz Bakıda alman dili üzrə aparıcı dil məktəblərindən biri kimi işinə başlayıb. Bu mərkəzin digərlərindən fərqləndiyini söyləyən səfir vurğulayıb ki, məktəbin proqramı və məqsədi başqadır. ?Burada çalışan müəllimlər Almaniyada təkminləşmə keçən müəllimlərdir. Dərslər yüksək səviyyədə keçilir. Burada tədris alanlar isə sonda imtahan verdikdən sonra dil sertifikatı alacaqlar. Bizim əsas məqsədimiz buradakı insanlara alman dili öyrətməklə yanaşı, onları alman mədəniyyəti, yaşayışı ilə tanış etməkdir?, - deyə səfir qeyd edib. Məlumat üçün bildirək ki, Höte İnstitutu Almaniya Federativ Respublikasının mədəniyyət institutudur. O, Azərbaycanda Alman Dili Tədrisi Mərkəzinin rəhbərliyinə tövsiyyələr verir və dəstək göstərir. Müntəzəm keçirilən seminarlarda Alman Dili Tədrisi Mərkəzinin müəllimlərinin alman dilinin tədrisi metodikası və didaktikası sahəsində ixtisasları artırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA