Azərbaycanda Niderlandın səfirliyi açılacaq

img

11-09-2009 [02:44]


Yan-Lukas van Xorn Niderland Krallığının Azərbaycanda ilk səfiri olacaq. Niderland səfirliyi rəsmi surətdə cari il oktyabrın ortalarında açılacaq. Niderlandın Azərbaycandakı konsulluğundan bildiriblər ki, səfirliyin açılması təklifi ilə Niderlandın xarici işlər naziri Maksim Verhagen çıxış edib. Azərbaycanda səfir təyin olunanadək Yan-Lukas van Xorn Niderland Xarici İşlər Nazirliyinin Cənubi və Şərqi Avropa departamentinin direktoru vəzifəsində işləyib. Səfirliyin açılması ilə əlaqədar rəsmi mərasimdə Niderland Krallığının baş katibi Ed Kronenburqun iştirak edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA