iqbal Ağazadə Şimal-Qərb bölgəsinə səfər edib

img

10-09-2009 [06:18]


Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bələdiyyə seçkilərinə hazırlıqla bağlı partiyanın yerli strukturları ilə görüş üçün respublikanın Şimal-Qərb regionunda səfərdə olub. Zaqatala şəhərində keçirilən müşavirədə partiyanın Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının yerli təşkilatlarının rəhbərləri iştirak edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, müşavirədə İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyətlə, Ümid Partiyasının Qarabağ və Respublika Uğrundakı Vətəndaş Hərəkatındakı fəaliyyəti, o cümlədən bələdiyyə seçkilərinə hazırlıqla bağlı çıxış edib. Yerli rayon şöbələri qarşısında duran vəzifələr, bələdiyyə seçkilərində partiyanın görməli olduğu işlər, namizədlərlə iş, yerli seçki qərargahlarının fəaliyyəti müşavirə iştirakçılarının qarşısında bir vəzifə kimi qoyulub. Çıxış edən rayon şöbə sədrləri hazırlığın seçkilərə qədər davam edəcəyini, hər mərhələdə qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacaqlarını bəyan ediblər. Müşavirədə partiya icra aparatının rəhbəri Nəsimi Məmmədli və ictimai-siyasi əlaqələr üzrə partiya sədrinin müavini Abbasağa Məmmədov da iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA