Qazaxıstanın Təhsil və Elm Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir

img

10-09-2009 [05:22]


Bu gün Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin rəsmi nümayəndə heyətini qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkələrarası münasibətlər müzakirə edilib. Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, Azərbaycanla Qazaxıstana arasında dostluq münasibətləri tarixi ənənələrə söykənir: ?İstər sovet dönəmində, istərsə də bu gün ölkələrimiz arasında münasibətlər isti məcrada davam etməkdədir. Bildiyiniz kimi, hər bir dövlətin gəncləri onun gələcəyidir. Biz onların daim təhsilinə, sosial vəziyyətinə fikir verməliyik. Bu nöqteyi-nəzərdən də Azərbaycanda bu sahədə irəliləyişlər var. Qeyd edim ki, ölkəmizdə 2 fevral Gənclər günü kimi qeyd edilir. Biz həmin dönəmdə müxtəlif diskusiyalar və tədbirlər reallaşdırırıq. Bu gün biz gənclərimizi daha çox vətənpərvərlik ruhunda tərbiyə edirik. Çünki bildiyiniz kimi, Azərbaycanın 20 faizdən çox torpaqları Ermənistan tərəfindən işğal edilib və eyni zamanda 1 milyona yaxın soydaşımız öz doğma yurdlarından didərgin düşüb. Biz bundan sonra çalışacayıq ki, ölkələrimiz arasında bu prinsiplər yüksək səviyyəli olsun?. Qeyd edək ki, görüşlərin keçirilməsi 16 sentyabr 1996-cı ildə Bakı şəhərində Azərbaycan hökuməti ilə Qazaxıstan arasında imzalanmış sənədə əsasəndir. Səfər proqramına əsasən Qazaxıstanın Təhsil Və Elm Nazirliyinin rəsmi nümayəndə heyəti Gənclər Təşkilatlarının Milli Şurasında, ?İrəli? İctimai Birliyində, Azərbaycan Dillər Universitetində görüşlərin keçirilməsi və Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədi ilə gəzintilərin təşkil edilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA