?Gənc Liderlər? Uzaq və Gənclər Təzkilatının Türkiyə nümayəndəliyi yarıdılıb

img

10-09-2009 [03:16]


?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatının(UGT) Türkiyə nümayəndəliyi yarıdılıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, nümayəndəlik Türkiyənin Antalya şəhərində yerləşəcək. Nümayəndəliyə Türkiyədə təhsil alan azərbaycanlı gənc Əsmər Vəlizadə rəhbərlik edəcək. Nümayəndəliyin yaranma məqsədlərindən danışan ?Gənc Liderlər? UGT-nin sədri F.Şahbazlı Türkiyənin daim Azərbaycanın strateji müttəfiqi olduğunu xatırladıb: ?Odur ki, biz hesab etdik ki, qardaş Türkiyə gəncləri və məktəbliləri ilə münasibətlərin genişlənməsinə və bu ölkədə Azərbaycan həqiqətlərinin daha çox təbliğinə ehtiyac var. Nümayəndəlik bu istiqamətdə ciddi işlər planlaşdırır. Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyə gənclərini məlumatlandırmaq əsas istiqamət olacaq. Bu məqsədlə məktəb və universitetlərdə tədbirlərik keçirilməsini planlaşdırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA