Əli Həsənov: ?Azərbaycanda bələdiyyə seçkiləri öncəsi ictimai-siyasi vəziyyət sabitdir?

img

10-09-2009 [02:01]


?Azərbaycanda bələdiyyə seçkiləri öncəsi ictimai-siyasi vəziyyət sabitdir. Cəmiyyətdə bütün səviyyələrdə nizam-intizam, qayda-qanun bərpa olunub. İctimai-siyasi qüvvələr qanunlara uyğun fəaliyyət göstərir?. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu jurnalistlərə Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənovun sözlərinə görə, cəmiyyət həyatında bir dinamik inkişaf müşahidə olunur: ?İnsanların əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Buna görə də hesab edirik ki, bu ilki bələdiyyə seçkiləri də kifayət qədər sabit durumda və yarış şəraitində keçəcək. Azərbaycan seçicisi ona lazım olan bələdiyyələri formalaşdıracaq. Bu da insanların yerli idarəetmə hüquqlarını ifadə etməsinə şərait yaradacaq?. Bələdiyyələrin statusunun artırılmasına münasibət bildirən Əli Həsənov Mənzil Komunnal İstismar Sahələri ilə bələdiyyələrin həyata keçirdiyi fəaliyyət və hüquqlarda kifayət qədər fərqli cəhətlər olduğunu vurğuladı: ?Bələdiyyələr insanların seçdiyi orqandır. MKİS rayonun vətəndaşlarla işləyən təsərrüfat orqanlarıdır. Buna görə də bu hüquqları qarışdırmaq olmaz. Bələdiyyələrin sayının azaldılması isə mövcud reallıqdan irəli gələn tələbdir. Qanuna edilən dəyişiklik barədə kifayət qədər münzakirələr getdi. Bələdiyyələrin sayının azaldılması onların dinamik inkişafına stimul olacaq. Həm də böyük bələdiyyələrin fəaliyyətinin effektivliyini artıracaq. Bütövlükdə bələdiyyə sisteminin daha təkmil inkaşafına şərait yaradacaq. Əminəm ki, bütün siyasi partiyalar bələdiyyə seçkilərində iştirak edəcək. Çünki bələdiyyə seçkilərində iştirak etməyən siyasi partiyanın prespektivini görmürüəm. Çünki əgər vətəndaşların içərisində, bilavasitə onların yerli seçkilərində siyasi partiya iştirakı özünə rəva görmürsə, onda prezident və parlament seçkilərində vətəşdaşların qarşısına hansı üzlə çıxa bilər??. Azərbaycan idmançılarının Ermənistanda keçirilən yarışda iştirakı zamanı onları aparan maşının üzərində separatçı Dağlıq Qarabağ rejiminin bayrağının asılmasına münasibət bildirən Ə.Həsənov belə hallara real yanaşmaq lazım olduğunu bildirdi: ?Belə hallar müşahidə olunandır. Bütün dünya ölkələrində müharibə, ziddiyyət və münaqişə şəraitində olan ölkələrdə belə hallar baş verir. Amma idmançılarımız belə yarışların hansı ölkədə, hətta Ermənistanda belə keçirilməsindən asılı olmayaraq orada iştirak etməli idi və iştirak edir. İnanmaq istəyirik ki, oradan nəaliyyətlərlə geri dönəcəklər?. Ə.Həsənov ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə görüşərək bir sıra məsələləri müzakirə etdiyni bildirdi: ?Azərbaycan KİV-in real vəziyyəti ətrafında müzakirələr apardıq. M.Haraştini narahat edən məsələlərə də toxunduq. Xüsusən həbsdə olan iki jurnalistin məsələsi ilə bağlı müzakirələr apardıq. M.Haraşti bu məsələdən narahatlığını bir daha ifadə etdi. Biz də bu məsələdən heç də rahat olmadığımızı onun diqqətinə çatdırdıq. Amma qanun-qanundur və icra olunur. Gələcəkdə biz Azərbaycanda ?Diffamasiya haqqında? qanunun qəbul olunması prespkektivlərini müzakirə etdik. KİV-ədəstək fondunun yaradılması və bu ilki fəaliyyət ətrafında fikir mübadiləsi apardıq və bu M.Haraşti tərəfindən yüksək qiymətləndirildi. Bu sahədə son fəaliyyət normal dəyərləndirildi, lakin bəzi problemlərin mövcudluğu vurğulandı. Həmin problemlərin aradan qaldırılması istiqamətində ATƏT və Avropanın digər institutları ilə birgə fəaliyyətin gərəkliliyi qeyd olundu?. Ə.Həsənov Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ilkin mərhələdə həyata keçirdiyi qrant fəaliyyətini müvəffəqiyyətli olduğunu bildirdi: ?Hər bir təşkilatın, qurumun fəaliyyətində məxsusi axtarsaq nöqsan tapmaq olar. Fondun fəaliyyətində müəyyən çətinliklər də mövcuddur. Xüsusən də KİV-lərin təsnif olunmasında, hansı KİV-in sözün həqiqi mənasında söz, mətbuat fəaliyyətini həyata keçirməsi, cəmiyyətin informasiya təminatını həyata keçirdiyini təsnif etmək müəyyən qədər çətindir. Amma bundan öncə Azərbaycanda Mətbuat Şurası və Jurnalistlər Birliyi mövcud idi. Ayrı-ayrı KİV-lər neçə illərdir fəaliyyət göstərir və cəmiyyətdə onların fəaliyyəti ilə bağlı qiymət meyarları müəyyən olunub. Ona görə də fondun ilk qrant fəayliyyətini uğurlu hesab etmək olar. Düzdür müəyyən narazılar da var və onlara da fərdi şəkildə baxılır. Düşünürük ki, bugünkü narazılar növbəti qrant layihəsində razı, bugunkü razılar isə narazı ola bilər. Bu fəaliyyətlər Fondun Müşahidə Şurası tərəfindən baxılacaq və dəyərləndiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA