Akif islamzadə: ?Hələlik AXCP-dən getməmizəm, ancaq getmək fikrim var?

img

09-09-2009 [03:39]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayevin istefa verməsindən sonra, bundan əvvəl bir neçə nəfərin də partiyadan getməsi bəlli olub. ?Yeni Müsavat? qəzetinin yazdığına görə, bir müddət əvvəl Akif İslamzadə, Nəriman Qasımoğlu, Zöhrab İsmayıl da AXCP-dən istefa veriblər. Müstəqil İnformasiya Agentliyinə asıqlama verən Akif İslamzadə isə deyilənləri təkzib edib: ?Düzü, bilmirəm ki, bu məlumat mətbuata necə çıxıb. Çünki belə bir şey yoxdur. Mən, hələlik AXCP-dən getməmişəm, ancaq getmək fikrim var?. A.İslamzadə partiyadan nəyə görə getmək istəməsinin səbəblərini açıqlamayıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında öncə Nəriman Qasımoğlu məsələsinə aydınlıq gətirib: ?Nəriman bəy Amerikaya gedib, uzun müddətli kontrakt imzalayıb. İndi o, istefa verib gedib, ya elə-belə gedib, dəqiq bilmirəm. Yerdə qalanlarla bağlı isə onu deyə bilərəm ki, onların yoldaşlığı davam edir. Onlarn elə bir vəzifələri olmayıb ki, səlahiyyətlərini yerinə yetirməkdikləri ilə bağlı nəsə söyləmək mümkün olsun. İki ay bundan əvvəl Akif bəy partiyanın Rəyasət Heyətinin iclasında iştirak edirdi?. A.İslamzadənin partiyadan getmək istəməsinə gəlincə, N.Məmmədli bu kimi hallara təbii yanaşmağın lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, kiminsə partiyadan getməsi təbii prosesdir: ?Əgər kimsə partiyadan gedirsə və öz əqidəsinə dönük çıxmırsa, burada problem yoxdur. Mənə elə gəlir ki, adını çəkdiyiniz şəxslər partiyadan getsələr də, öz əqidələrinə, çiyindaşlarına sadiq qalacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA