Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqres sədrinin əvəzləyicisi Azərbaycana gələcək

img

08-09-2009 [02:09]


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef Azərbaycana gələcək. Avropa Şurasının Azərbaycandakı ofisindən verilən məlumata görə, səfər sentyabrın 10-dan 14-dək davam edəcək. Səfərin məqsədi 18 Mart 2009-cu tarixində keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumdan sonra ölkədə yerli demokratiyanın vəziyyətinin qiymətləndirilməsidir. Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətləri ilə görüşəcək. Müxalifət partiyalarının nümayəndələri ilə fikir mübadiləsi aparılacaq. Bundan əlavə qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və Bakıdakı diplomatik ictimaiyyətin nümayəndələri ilə də müzakirələr aparılacaq. Yan Mikallef 21 sentyabrda Konqresin Bürosunda səfərin yekunlarına dair məruzə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA