Hacı Tahir Abbaslı: ?Eks prezidentlərin haqqı tanınmalıdır?

img

08-09-2009 [11:20]


Sabiq prezidentlərin statusu ilə bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlunun hazırladığı qanun layihəsi müzakirələrə səbəb olub. Müşahidələrə əsasən demək olar ki, cəmiyyətin ayrı-ayrı təbəqələri bu qanunun parlamentdə müzakirə olunmasında və qəbulunda maraqlıdırlar. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı da layihənin müzakirə olunmasının və qəbul edilməsinin tərəfdarıdır. AİDP sədri hesab edir ki, bu məsələdə bir qədər də gecikmişik: ?Bununla belə problem öz həllini tapmadığına görə, təklif günün tələblərinə cavab verir?. AİDP sədrinin fikrincə, Azərbaycanda bir çox ədalətsizliklərə yol verilib. Onlardan biri də sabiq prezidentlərin haqqının tanınmamasıdır: ?Əslində çoxdan bu məsələ öz həllini tapmalı idi. Təəssüf ki, problem hələ də həll olunmamış qalır?. Problemin həll olunmamasının səbəblərinə gəlincə, bunu indiki hakimiyyətin qısqanclığı ilə bağlayan T.Abbaslı belə dedi: ?Çox təssüf ki, uzun illər ölkəmizdə ?kim mənim qarşımdadır düşmənimdir? prinsipi hakimlik edib. İndii də hətta ?kim mənimlə eyni fikirdə deyil düşmənimdir? prinsipi cəmiyyətmizə hakim kəsilib?. ?Kimlərə eks prezidentlik statusu verilə bilər? sualının cavabında isə AİDP sədri qeyd etdi ki, razılaşsaq da razılaşmaqsaq biz bu tarixi yaşamışıq: ?Həmin şəxslər hakimiyyətdə olublar, aqibətləri də məlumdur. Onların hakimiyyətdə olduqları vaxtda qarşılaşdıqları çətinlikləri, prezidentlik illərinin bir quruluşdan başqa bir quruluşa keçidə təsadüf etməsini qiymətləndirərək bu qənaətə gəlmişik ki, həmin illər onlar üçün də çətin olub. Nə bacarıblar onu da ediblər. Biz hesab edirik ki, xalqın xeyrinə iş görmək cəhdlərində bulunbalar. Bu mənada müstəqillik qazandıqdan sonra hakimiyyətdə olan şəxslərə eks prezident statusunun verilməsinin tərəfdaryıq. Hesab edirik ki, bu məsələ həllini tapmasa ümumiyyətlə ölkəmizdə prezidentlik institutu hörmətdən düşə bilər. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, prezident üsulu idarəsi olan ölkələrdə eks-prezidentlərin statusu tanınır və dünyaya inteqrasiya yolunu seçən Azərbaycan bu problem idə həll etməlidir. Hakimiyyətin bu məsələdə hansı mövqe tutmasına gəlincə, T.Abbaslı hesab edir ki, bu cəhdlər tez-gec nəticəsini verəcək: ?Ola bilsin ki, iqtiların özü də bu dəfə təklifə liberal yanaşsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA