Müsavat sərhədlərin açılmasında Azərbaycanın maraqlarının nəzərə alınması vacib sayır

img

07-09-2009 [06:24]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Gənc bloggerlərin Səbail rayon məhkəməsində keçirilən hazırlıq məhkəməsinin gedişi müzakirə olundu. Məhkəmənin gedişində yol verilən qanun pozuntularına etiraz ifadə edildi və bu prosesin partiyanın diqqət mərkəzində olacağı bildirildi. Bələdiyyə seçkilərində iştirakla bağlı partiya daxilində görülən işlər və ?Qarabağ və Respublika Uğrunda? Vətəndaş Hərəkatında aparılan danışıqlar haqqında məlumat verildi. Bu işin uğurla davam etdirilməsi istiqamətində müzakirələr aparıldı. Toplantıda Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin açılması prosesi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli əsas müzakirə mövzusu olub. Müsavat Partiyası bu proseslər zamanı Azərbaycanın köklü və haqlı maraqlarının nəzərə alınması zərurətini bir daha qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA